featured-image-29096

Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.. Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının XXXII turunda “Zirə” ilə səfər matçında reallaşıb – 3:1. 

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə qalibiyyət sevinci yaşayıb.

Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. Abbasov baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub

Bənzər xəbərlər