featured-image-28310

“Netçi” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Turan Tovuz”a səfərdə məğlub oldu – 0:1. Nəticə bir yana, “ağ-qaralar” Qərb səfərində həm də bərbad oyunla yadda qaldılar. Qonaqlar 90 dəqiqə ərzində demək olar ki, Kamal Bayramovun qapısı qarşısında ciddi təhlükə yarada bilmədilər. Düzdür, hələ Bakıda cavab oyunu da var və “Neftçi” finala vəsiqə qazana bilər. Amma komandanın göstərdiyi (daha doğrusu göstərmədiyi) oyun azarkeşlərin etirazına səbəb olub.

Msport.az xəbər verir ki, “Neftçi” fanatları sosial şəbəkələrdə komandalarının faciəvi oyunu ilə bağlı səslərini ucaldıblar. Azarkeşlərdən bəzilərinin fikirlərini təqdim edirik:

Elxan Xəlilov: “7-8 ay bundan əvvəl biz klubda baş verən özbaşnalıq, göyə sovrulan milyonlar, fərsiz transferlər barədə ölkə Prezidentinə məktub imzalamışdıq…

Məktub saytlarda paylaşıldı, Tv-də idman proqramlarında qeyd olundu, böyük əks-səda verdi. Amma bəzi tanıdığım və həmişə üzdə olan azarkeş dostlarım bizi dəstəkləmədi, hələ öz aralarında istehza ilə yanaşdılar buna. Öyrədilmiş və 2 metr qabağı görməyən bəzi azarkeşlər (?!) də az qalmışdı bizi burda vətən xaini çıxartsınlar. İndi gördünüz ki, biz o vaxt bunu görüb müraciət etmişdik”?

Elnur Əhmədov: “Elə bilirdilər ki, biz özümüz üçün deyirik. Ay qardaşlar, biz “Neftçi”nin uğur qazanmasını istəyirik. Mən təklif edirəm, yenidən məktub yazaq. Amma ürəyi “Neftçi” ilə döyünən və sevən azarkeşlər adından”.

Bəxtiyar Hüseynov: “Hərdən adam bu cür oyunlardan sonra “Neftçi” azarkeşi olduğuna görə utanır. Görəsən, legionerləri demirəm, bizimkilər utanır heç olmasa? Çətin, heyif biz azarkeşlərin əziyyətindən”.

İmran Əliyev: “Mən başa düşə bilmirəm, futbolçular niyə Tovuzda bərbad oynadılar və o nə oyun idi”?

Səməd Kərimli: “Aprel 26-da finala çıxa bilməsək, ordaca müqaviləyə xitam verilməlidir Rege ilə”.

Rövşən Mirzəmmədov: “Rəhbərlik “Neftçi” adı ilə min hoqqadan çıxır. Bunları futbol yox, pul maraqlandırır”.

AYXAN

Bənzər xəbərlər