featured-image-53359

AFFA-nın inzibati binasında Premyer Liqa və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil azarkeşlərlə əlaqələndirici şəxslərlə görüş keçirilib.

Msport.az xəbər verir ki, görüşdə Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları aşağıda qeyd olunan mövzuları müzakirə ediblər:
– Ötən mövsüm ərzində baş vermiş hadisələr;
– Cari mövsüm üçün planlar;
– Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr;
– Azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiya;
– 2024/2025-ci illər mövsümü Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlər.
Görüşdə həmçinin DİN, AFFA və PFL əməkdaşları azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn sualları cavablandırıblar.

Bənzər xəbərlər