featured-image-32543

2017-ci ildə Argentina millisi Azərbaycan və ya Ukraynaya qarşı yoldaşlıq oyunu keçirmək istəyib.

“Tanqoçular” həmin vaxt bir il sonra Rusiyada keçiriləcək dünya çempionatına hazırlaşırdılar və Krasnodarda sınaq matçı oynamağı planlaşdırırdılar.

Argentina Futbol Assosiasiyası (AFA) Azərbaycan və ya Ukrayna ilə yoldaşlıq oyunları keçirməyə hazır idi. Çünki hər iki ölkə Rusiyaya yaxındır.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, yığma üzvləri son anda bu iki komanda ilə oynamaqdan imtina ediblər. Nəticədə AFA Nigeriya millisini rəqib seçib.

Noyabrın 14-də Krasnodarda Argentina – Nigeriya oyunu keçirilib. Argentinalılar 2:4 hesabı ilə məğlub olduğu görüşdə Lionel Messi iştirak etməyib.

CAHİD

Bənzər xəbərlər