featured-image-32825

“Neftçi”nin transfer siyahısında olan Ayaz Quliyev Azərbaycan vətəndaşlığı ala bilmir.

Msport.az “legalbet.ru” saytına istinadən xəbər verir ki, bu, hazırkı siyasi vəziyyətlə bağlıdır.

İddiaya görə, Azərbaycan əsilli bəzi rus oyunçular vətəndaşlıq almaq istəsələr də, Miqrasiya Xidməti buna qarşı çıxır.

Əvvəllər prosedurun 3-6 ay, indi isə ən azı 1,5 il çəkdiyi bildirilir.

Qeyd edək ki, Ayaz Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan biridir.

CAHİD

Bənzər xəbərlər