featured-image-53087

Avqustun 23-də Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı start götürəcək.

Msport.az xəbər verir ki, 3 gün davam edəcək yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox idmançı mübarizə aparacaq.

Bu çempionat ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunması, millətin idman əzminin möhkəmləndirilməsinə əhəmiyyətli bir töhfə verəcək.

Kişi və qadın idmançılar üç kateqoriya üzrə yarışacaqlar: 16 yaşa qədər yeniyetmələr (30 m), 16-18 yaşlı gənclər (60 m) və böyüklər (70 m).

Yarışın proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat ertəsi gün açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq, qaliblərin mükafatlandırması mərasimi keçiriləcək.

Qeyd edək ki, yarışlar Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) baş tutacaq.

Bənzər xəbərlər