featured-image-16971

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Msport.az xəbər verir ki, “Hilton Hotel”də keçirilən tədbirdə ilk turda üz-üzə gələcək komandalar bəlli olub.

Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, “Zirə”nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.

1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.

1-ci turun cütləri:

“Aznur” – “Real” Bakı
“Sumqayıt” – “Bakı”
“Xəzər” – “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” – “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə – “Odlar Yurdu”
“Dəyirman” – “Dəmir Yumruq”
“Qarabağ” – “Galaxy” Şuşa
“Veteran” – “Zəngəzur”

Bənzər xəbərlər