featured-image-71152

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün əsas mərhələdə ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, 7-ci qrupda yer alan ölkə çempionu birinci matçında Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə qarşılaşacaq.

Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin yetirmələri qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

 

Çempionlar Liqası

Əsas mərhələ

7-ci qrup, I tur

29 oktyabr

 

22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)

Timekeeper: Laurentsiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Neboyşa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

Dunarea İdman Sarayı, Qalati

Bənzər xəbərlər