"Azərbaycan klubu ilə müqavilə bağladıqdan sonra sağlıq problemlərim oldu" - "Qəbələ"nin sabiq futbolçusu
“Qəbələ”nin sabiq futbolçusu Abdelrafik Jerar yetirməsi olduğu Fransanın PSJ klubunun rəsmi saytına açıqlama verib. Msport.az xəbər verir ki, o, Azərbaycana gəldikdən sonra sağlıq durumunda problemlərin yarandığını bildirib:
“Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu, bu da müəyyən fəsadlar yaratdı”.
Hazırda Fransada “Rasinq”in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi iki ildən çox futbolsuz qaldığını deyib: “Artıq gündəlik həyatdan və hər şeydən zövq alıram. Uzun müddətdən sonra buna ehtiyacım var idi”.
Jerar komandasının iddialı olduğunu vurğulayıb: “Yaxşı heyətimiz var. II Milli Liqanın A qrupunda ikinci pillədəyik. Bu, Milli Liqaya yüksələcəyimizə inam verir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarında “Qəbələ” ilə müqavilə bağlayan Abdelrafik Jerar həmin ilin iyununda klubdan ayrılıb. O, bu ilin əvvəlindən “Rasinq”in uğurları üçün çalışır.







