Azərbaycan Kuboku: Növbəti mərhələnin son iştirakçısı kim olacaq?
Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə “Şəfa” “Şəmkir”i qəbul edəcək. II Liqa təmsilçilərinin Binə qəsəbə stadionundakı dueli saat 14:30-da start götürəcək.
Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək.
Bu cütün qalibi II təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar.