featured-image-30996
Bu gün Azərbaycanda 2022-23 mövsümünə rəsmən yekun vurulacaq. Msport.az xəbər verir ki, “Bakcell Arena”da Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gələcək. Paytaxt klubu 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə finala vəsiqə qazanıb.
“Ağ-qaralar” 6-cı, “qırmızı-qaralar” isə 2-ci dəfə kuboka yiyələnməyə çalışacaqlar.
Bu, həm də “Neftçi” ilə “Qəbələ”nin 9 ildən sonra ölkə kubokunun finalında ikinci dueli olacaq. 2013-14 mövsümündəki həlledici qarşılaşmada bakılılar oyunsonrası penaltilərlə qalib gəlmişdilər.
Azərbaycan Kuboku
Final
3 iyun
20:00. “Neftçi” – “Qəbələ” 0:1
Qol: İ.Alimi, 102 (pen.)
Bakı, “Bakcell Arena”

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72), 97. Felipe Santos, 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak

Bənzər xəbərlər