featured-image-28707

Bu gün Azərbaycan kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gələcək. Msport.az xəbər verir ki, ikinci yarımfinal cütündə “Səbail” və “Qəbələ” komandaları qarşılaşacaq.

Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazandıqlarından Elmar Baxşıyevin komandası daha şanslı görünür.

Xatırladaq ki, “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” artıq finaldadır.

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

“Səbail” – “Qəbələ” 0:1

Qol: İ.Alimi, 49-pen.

Qırmızı vərəqə: V.Həsənov, 49

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 20:00.
İlk oyun – 2:3.

“Səbail”: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex

Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa

Baş məşqçi: Şahin Diniyev

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev

Bənzər xəbərlər