featured-image-56579

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd matçı bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, “Kəpəz” “Ağdaş”la, “Səbail” isə “Dinamo” ilə üz-üzə gələcək.

Günün ilk görüşündə I Liqada çıxış edən MOİK “Şimal”ı sınağa çəkəcək.

29 oktyabr

14:00. MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydan)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”

Qeyd edək ki, bu raundun digər matçları 30-31 oktyabrda gerçəkləşəcək. Ötən gün “Turan Tovuz” “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib.

Bənzər xəbərlər