featured-image-5502

Mini futbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Msport.az xəbər verir ki, milli həlledici matçda Rumıniya yığması ilə qarşılaşıb.

Azərbaycan yığması B qrupundakı ilk oyununda məhz bu rəqibə 0:2 hesabı ilə uduzmuşdu. Amma final qarşılaşmasında milli rumınlar üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa çempionu olub. Komandamızın yeganə qolunu ilk hissədə Seymur Məmmədov rəqib qapısından keçirib.

Bundan öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Qazaxıstanla qarşılaşan Bolqarıstan yığması 4:1 hesablı qələbə sayəsində bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlmişdi.

Bənzər xəbərlər