featured-image-19577

İsveçrənin “Qrasshopper” klubunda çıxış edən Renat Dadaşov Azərbaycan millisindəki hədəflərindən danışıb.

Msport.az xəbər verir ki, o, “transfermarkt.ch” saytına müsahibəsində bunları söyləyib:

“Son illərdə Azərbaycanda idman inkişaf etməkdədir. Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm. Düşünürəm ki, Qətərdəki dünya çempionatı autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AÇ-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək”.

Dadaşov Almaniyanın “Ayntraxt” klubundan kənarlaşdırıldığı dönəmi də xatırlayıb: “Həmin dövrdə səhvlər etdim və yəqin ki, bunlar kifayət qədər çox idi. Amma açıq-aşkar düşmənçilik gördüm. Həmin hadisələrdən sonra “İnstagram” hesabımı deaktiv etdim. Hər gün nə qədər böyük fürsəti əldə verdiyimi anladım. Durmadan beynimə səslər gəlirdi. Mənə həmişə inanan insanları məyus etmişdim. Azarkeşlərin tənqidini başa düşürəm. Amma bunun üçün səbəblər olmalıdır. Hər peşəkar futbolçu ilk növbədə insandır və təhqir ona zərbə vurur. Mənim üçün qovulmaq həyəcan siqnalı idi. Daha yaxşı idmançı və insan olmaq üçün oyanış oldu. Bu, həm də yeni başlanğıcın müjdəsi idi. Vaxta ehtiyacım olduğunu anladım. Hər şeyi dəyişməli olduğumu başa düşdüm, əks halda karyeram çox uzun çəkməyəcəkdi”.

Gorvard 2018-ci ildə Portuqaliya təmsilçisi “Eştoril”ə keçidini də xatırlayıb: “Sadəcə, Almaniyadan çıxmaq istəyirdim. Bunların keçmişdə qalmasına icazə vermək niyyətində idim. Beynimi təmizləməli, təzyiqdən, daimi gözləntilərdən uzaqlaşmalıydım. Hər şeydən əvvəl yeni başlanğıc hədəfləyirdim. Təbii ki, Portuqaliyada da ruhdan düşdüyüm günlər olub, amma həmişə özümə deyirəm: “Məqsədim üçün mübarizəni davam etdirəcəyəcəm”.

Xatırladaq ki, Dadaşov 2013-2017-ci illər aralığında “Ayntraxt”ın aşağı yaş qruplarından ibarət komandasında çıxış edib. O, 2017/18 mövsümündə əsas komandaya cəlb olunsa da, 2018-ci ilin yanvarında intizamsızlığa görə klubdan kənarlaşdırılıb.

Bənzər xəbərlər