featured-image-26077

“Həqiqətən çox gözəl qələbə oldu. Layiqli oyunla inamlı qalibiyyət əldə etdik”.

Msport.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Kristof Baumqartner yerli mətbuata açıqlamasında deyib.

AVRO-2024-ün seçmə mərhələsində evdə Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gəldikləri matçda komandasının vurduğu sonuncu qolun müəllifi olan 24 yaşlı yarımmüdafiəçi bildirib ki, hesab daha böyük ola bilərdi: “Rəqib qol vurduğu üçün özümüzü qınamalıyıq. Estoniya ilə matçı da səbirsizliklə gözləyirik. Mart ayı üçün işin yarısı tamamlanıb. Amma bilirik ki, bazar ertəsi də ən azı eyni performansa ehtiyacımız var”.

Qeyd edək ki, Kristof Baumqartner 69-cu dəqiqədə Azərbaycan millisinin qapısına yol tapıb.

CAHİD

Bənzər xəbərlər