“Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq”
Avstriya yığmasının hücumçusu Mixael Qreqoriç AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Msport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq. Çünki üstün oyun nümayiş etdirdik. Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik”.