featured-image-30365

Azərbaycan Premyer Liqasının 35-ci turunun oyunlarını 6150 (orta hesabla hər oyuna 1230 nəfər) nəfər izləyib. Msport.az xəbər verir ki, yenə də ən çox tamaşaçı Tovuzda qeydə alınıb. “Turan Tovuz” – “Səbail” matçına 3500 nəfər baxıb.

Ən az azarkeş neytral meydanda oynayan “Kəpəz”in oyununda olub. Qəbələdə “Kəpəz”- “Neftçi” qarşılaşmasına 400 nəfər tamaşa edib.

Çempionluğunu rəsmiləşdirdikdən sonra ilk oyuna çıxan “Qarabağ”a maraq ciddi olmayıb. Ağdam klubunun Suraxanıda “Sumqayıt”la görüşünü 600 nəfər izləyib.

“Sabah” – “Zirə” oyununda 450, “Şamaxı” – “Qəbələ” matçında  isə 1200 azarkeş olub.

Bənzər xəbərlər