featured-image-29870
Azərbaycan Premyer Liqasında daha bir antirekord qeydə alınıb. Msport. az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,  bu, XXXIV turun “Neftçi” – “Şamaxı” oyununda baş verib.
1:1 hesabı ilə başa çatan matçda meydan sahiblərinin qolunu qonaq komandanın qapıçısı Rəşad Əzizli öz qapısından keçirib. Bu, cari mövsümün 17-ci avtoqolu olub.
Belədə Azərbaycan çempionatları tarixində antirekord təkrarlanıb. Buna qədər ən çox avtoqol 2014-15 mövsümündə olub. Həmin vaxt da 17 dəfə futbolçu topu öz qapısına göndərib.
Antirekord 8 ildən sonra təkrarlanıb.

Bənzər xəbərlər