Azərbaycan şahmatçısı Maqnus Karlsenlə qarşılaşacaq
Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan dünya kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.
Msport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli şahmatçı Maqnus Karlsenlə üz-üzə gələcək. Abasov qara fiqurlarla mübarizə aparacaq.