"Azərbaycan və Albaniya çempionatları arasında ortaq cəhətlər çoxdur"
“Azərbaycan və Albaniya çempionatları arasında ortaq cəhətlər çoxdur”.
Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un albaniyalı futbolçusu Belaydi Pusi ölkəsinin mətbuatına açıqlamasında deyib.
25 yaşlı hücumçu iki ölkənin liqaları arasında yeganə fərqin sürət olduğunu bildirib: “Burada daha sürətli oynayırlar. Digər cəhətlər isə oxşardır”.
Pusinin sözlərinə görə, “Qarabağ”da çıxış edən həmyerlisi Redon Cica ilə yaxşı münasibətləri var: “Biz dostuq, tez-tez əlaqə saxlayır, Bakıda olanda görüşürük. Cica yaxşı oğlan və əla futbolçudur. Ona uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ”da uğur qazanacaq”.
CAHİD







