"Azərbaycana yollanarkən artıq hər şeyin bitdiyini düşündüm"
“Əgər Kiprə gedəndə artıq Portuqaliyada yenidən oynamağın çətin olacağını demişdimsə, Azərbaycana yollanarkən hər şeyin bitdiyini düşündüm”.
Msport.az xəbər verir ki, bunu “Standard” klubunun sabiq futbolçusu Hüqo Maşado “tribuna.expresso.pt” saytına açıqlamasında deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, bu gün Azərbaycan və Kipr kimi ölkələrə gedib çox yaxşı qazanan oyunçular var: “Amma 2010-cu ildə belə deyildi. Kipr çempionatına heç kim baxmırdı. Azərbaycanı, ümumiyyətlə, demirəm. Amma oradan ayrıldıqdan sonra Rikardo Dominges mənim DVD disklərimi istədi, bunu I və II Liqaların bütün Portuqaliya klublarına göndərəcəyini bildirdi. Düşündüm ki, o, sadəcə vaxt itirir və heç kim mənə şans verməz. Amma axırda “Naval”dan cavab gəldi. Orada məşqçi olan İnasio məni “Sportinq”dən tanıyırdı, razılığını verdi və “Naval”a keçdim”.
Qeyd edək ki, Hüqo Maşado 2009/2010 mövsümündə “Standard”da çıxış edib.







