featured-image-48422

Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Msport.az xəbər verir ki, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə oxatma idman növünün inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Federasiya prezidenti Şahin Mövsümov təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib. Ardınca isə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın yeni prezidenti seçilib.

O, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Bənzər xəbərlər