featured-image-29106

“Azərbaycanda bütün oyunlara avtobusla bir-iki saata çatmaq mümkündür” – Rusiyalı futbolçu

“Sumqayıt”ın sabiq futbolçusu Cəmaləddin Xocaniyazov Azərbaycandakı karyerasını xatırlayıb.

Msport.az xəbər verir ki, hazırda ölkəsinin “Akron” klubunda çıxış edən rusiyalı müdafiəçi bunları söyləyib:

“Rusiya I Liqasında ən yaddaqalan matçım ilk matçımız olub. “Krasnodar”la oyuna getdik. Səyahət 27 saat çəkdi. Yenidən bərpa olunmaq çox çətin idi. Azərbaycanla müqayisədə burada yol çox uzaqdır. Məsələn, orada bütün oyunlara avtobusla bir-iki saata çatmaq mümkündür”.

Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019/2022 mövsümündə “Sumqayıt”da çıxş edib.

CAHİD

Bənzər xəbərlər