"Azərbaycanda çalışdığım üç il ərzində heç bir irəliləyiş görmədim" - Prosineçki
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki “24sata.hr” saytına müsahibə verib.
Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəmizdə işlədiyi dövrü də yada salıb:
“Azərbaycanda çalışdığım üç il ərzində heç bir irəliləyiş görmədim”.
“Orada üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmlə birlikdə Bakıda yaşayırdım. Halbuki məndən əvvəlkilər oyunlardan cəmi iki həftə əvvəl gəlirdilər. Norveçi məğlub etdik, Çexiya və Xorvatiyaya uduzmadıq, yaxşı çıxış etdik”.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.