Azərbaycanda işləmiş mütəxəssis Qazaxıstan klubunun baş məşqçisi oldu
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenko karyerasını Qazaxıstanda davam etdirəcək.
Msport.az xəbər verir ki, ukraynalı mütəxəssis “Jenis”lə müqavilə imzalayıb.
Müqavilənin müddəti 2027-ci il iyununadək qüvvədə olacaq.
50 yaşlı məşqçi son olaraq Gürcüstanda “İberiya” klubunu çalışdırıb.
Qeyd edək ki, Demçenko 2025/26 mövsümünün ikinci yarısında “Araz-Naxçıvan”ın baş məşqçisi olub.







