Kevin De Bruyne Premyer Liqaya qayıdır?
“Everton” yanvar transfer pəncərəsində “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyneni heyətinə qatmaq üçün addımlar atır.
Msport.az xəbər verir ki, Liverpul təmsilçisi 35 yaşlı təcrübəli ulduzun nümayəndələri ilə onun İngiltərə Premyer Liqasına mümkün dönüşü barədə ilk rəsmi danışıqlara başlayıb.
İtaliya klubunun baş məşqçi korpusunu bu keçidə razı salmaq çətin görünür və “Napoli” rəhbərliyinin “Mançester Siti”nin sabiq ulduzunu gələn yaya qədər satmaqdan imtina edə biləcəyi qeyd olunur.
Buna baxmayaraq, “Everton” yanvar ayında bu transfer imkanını sonadək dəyərləndirmək niyyətindədir.







