“Arsenal” “Real”ın forvardını icarəyə götürmək istəyir
“Arsenal” hücum xəttindəki variantları gücləndirmək məqsədilə yanvarda “Real”ın gənc forvardı Endriki transfer etməyi düşünür.
Msport.az xəbər verir ki, Bukayo Sakanın zədələnməsi London təmsilçisinin hücum potesialında ciddi boşluqlar yaradıb.
Braziliyalı gənc ulduz isə bu mövsüm İspaniyada cəmi 114 dəqiqə meydanda olub. “Arsenal”ın idman direktoru Andrea Berta ilə Endrikin nümayəndəliyi arasında sıx və müsbət münasibətlər mövcuddur.
Bu yaxın əlaqələrin yanvar transfer pəncərəsində keçidin daha hamar və sürətli baş tutmasına kömək edəcəyi gözlənilir.







