featured-image-84802

“Qələbəyə və onun belə böyük hesabla qazanılmasına görə sevinirik”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın U-17 yığmasının baş məşqçisi Mixael Prus Avropa çempionatının 1-ci seçmə mərhələsinin Azərbaycan millisinə qarşı keçirilən ilk oyun barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis Frankfurtdakı görüşdə 7:0 hesablı qələbə qazanmalarına baxmayaraq, daha çox qol vura biləcəklərini söyləyib: “Bu nəticə meydandakı üstünlüyümüzü də əks etdirir. Oyun boyu yaxşı çıxış etdik. Bəzi epizodlarda artıq hərəkətlərə yol verdik və bunun nəticəsində daha az qol vurduq. Bununla belə, qapımızı toxunulmaz saxlamağımız vacib idi. Turnirə yaxşı başlanğıc etdik”.

Qeyd edək ki, 2-ci qrupun 2-ci turunda Azərbaycan Şimali İrlandiya ilə, Almaniya isə Litva ilə qarşılaşacaq. Hər iki matç noyabrın 14-də keçiriləcək.

Bənzər xəbərlər