“Barselona”nın ilk transfer hədəfi
“Barselona” yanvar transfer pəncərəsi üçün “İnter”in müdafiəçisi Alessandro Bastonini əsas mərkəz müdafiəçisi hədəfi kimi müəyyənləşdirib.
Msport.az xəbər verir ki, təcrübəli italyan futbolçunun transferini rəsmiləşdirmək maliyyə və şərtlər baxımından kifayət qədər çətin görünür.
Bu səbəbdən klubun idman direktoru Deko “solaxay” mərkəz müdafiəçisi axtarışında alternativ variantları da dəyərləndirməyə başlayıb.
Kataloniya nəhənginin radarında olan digər alternativ namizədlər arasında “Betis”dən Natan və “Ayaks”dan Yuri Baas yer alır.







