Van Deyklə bağlı qərar verildi
“Liverpul” kapitanı Vircil van Deyklə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, “Yuventus” niderlandlı müdafiəçinin transferinə ümid edirdi.
Lakin “Liverpul”un yeni müqavilə planı bu ehtimalı azaldıb. Baş məşqçi Andoni İraola 35 yaşlı müdafiəçinin 2027-ci ilin iyununda başa çatacaq müqavilədən sonra da komandada qalmasını istəyir. Mersisayd təmsilçisi 2027-ci ilin əvvəlində Van Deykin nümayəndələri ilə yeni danışıqlar mərhələsinə başlamağı düşünür.
“Liverpul” rəhbərliyi təcrübəli stoperin müdafiə xəttindəki liderlik keyfiyyətini yüksək qiymətləndirir.







