featured-image-84810

İspan futbolçu Marko Asensio “Fənərbağça”dan ayrıla bilər.

Msport.az xəbər verir ki, La Liqa təmsilçisi “Betis” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Əndəlüs təmsilçisinin qış transfer dönəmində keçidi həll etmək istədiyi bildirilib. Asensio özü də La Liqada oynamağa müsbət yanaşır. “Fənərbağça” onu 8-10 milyon avro qarşılığında buraxmağa hazırdır.

30 yaşlı futbolçu bu mövsüm Super Liqada 3 oyunda 2 qol vurub. Asensio tez-tez zədələndiyi üçün klubun planlarında yer almır.

Bənzər xəbərlər