Azərbaycanda keçmiş federasiya rəsmisinə 7,5 il iş kəsdilər
Azərbaycan Kikboksinq Federasiyasının dələduzlquda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Msport.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Rəcəb 3 nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.
S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.