featured-image-5080

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Ankara İdman Salonunda FIVB Millətlər Liqasının dördüncü matçında Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləyib.

Msport.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviter hesabında paylaşım edib. O, azərbaycanlı həmkarı ilə birgə Türkiyə voleybolçularının matçını izləməsini əks etdirən videogörüntünü paylaşaraq yazıb:

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.

 

Bənzər xəbərlər