Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.
Msport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, D qrupunun qarşılaşmalarında meydana çıxacaq.
Estoniyanın ev sahibliyi edəcəyi bu qrupda mübarizə avqustun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları D qrupda yer alıblar.