featured-image-36269

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

Msport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.

Bənzər xəbərlər