Azərbaycanlı hakimə beynəlxalq təyinat
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Msport.az xəbər verir ki, həmyerlimiz bu gün Türkiyənin İzmir şəhərində keçiriləcək CEV kubokun 1/8 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Arkas İzmir” (Türkiyə) və “Valsa Group Modena” (İtaliya) klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Matçın birinci hakimi isə serbiyalı Tomislav Popoviçdir.