featured-image-17896

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, komanda 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi “Slaviya” ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma “Azərreyl”in 3:1 (25:20; 25:19; 19:25; 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.

Bənzər xəbərlər