featured-image-16007

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycanda ən çox xoşladığı yeri açıqlayıb.

Msport.az “sports.ru”ya istinadən xəbər verir ki, millimizin üzvü rayonlarda istirahət etməyi bəyəndiyini deyib:

“Azərbaycanın rayonları xoşuma gəlir. Məsələn, Qubanın dağlıq ərazisi. Orda Şahdağ var, baxanda əla mənzərə açılır. Ətrafda meşələr var, Yüksək səviyyəli oteldə istirahət etmək olar. Yanında da dağ xizəkçiliyi kurortu var. Bakıda ağaclar azdır, çoxlu yeni binalar var. Mən isə təbiəti sevirəm. Şahdağın təbiəti əladır”.

Bənzər xəbərlər