featured-image-29354
Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnir başa çatıb.
Msport.az xəbər verir ki,  Bakı Tennis Akademiyasında keçirilən yarışda 10 ölkənin milli komandası mübarizə aparıb. Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib. Oyun çexlərin 4:3 hesablı qələbəsi ilə nəticələnib. 3-cü yer uğrunda oyunda isə Azərbaycan və Qazaxıstan seçmələri görüşüb. Bu matç heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında isə Qazaxıstan yığması qələbə qazanıb. 
Turnirin bağlanış mərasimində qalib komandaya kubok təqdim edilib. Eyni zamanda yarışın ən yaxşı qapıçısı seçilmiş Ondrey Beran (Çexiya), ən sərrast futbolçu Denis Lanka (Çexiya) və ən yaxşı futbolçu adına layiq görülmüş Veselin Qubereniç (Serbiya) AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Bənzər xəbərlər