Bakıda MMA üzrə “Octagon 48” turniri keçiriləcək
Dünya MMA reytinq cədvəlində “TOP-20”də yer alan Qazaxıstanın bir nömrəli liqası “Octagon” Bakıda “ASED FC” ilə birlikdə turnir keçirəcək.
Msport.az xəbər verir ki, avqustun 18-də Bakı İdman Sarayında keçiriləcək “Octagon 48” yarışının əsas döyüşü Gündüz Nəbiyev və Özbəkistan idmançısı İslom Boltaev arasında orta çəki dərəcəsində kəmər uğrunda olacaq.
Yarışda, həmçinin yerli MMA döyüşçülərimizdən Aqşin Babayev, Elnar İbrahimov, Röyal Leylizadə , Qədir Müslümzadə, Zəfər Əbdürrəhmanov, Cavid Rzayev, Mehdi Həsənov, Həsən Həsənov, Turac Əliyev, Cavad Məhəmmədhəsənov, İsmayıl İsmayilzadə, Sahil Mirzəyev güclərini sınayacaqlar.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə döyüşüçləri də mübarizə aparacaqlar.