Bakıda qaldığı oteldə sudan şikayətlənən məşhur şahmatçının xanımı: “Erməni deyiləm”
ABŞ şahmatçısı Hikaru Nakamuranın xanımı Atousa Purkaşiyan soyadına görə onu erməni adlandıran insanlara cavab verib.
Msport.az xəbər verir ki, xanım qrossmesyter bununla bağlı tviter səhifəsində paylaşım edib:
“Eşitdim ki, bəzi insanlar haqqımda şayiələr yayırlar. Mən erməni deyiləm, iranlıyam. Digər İran soyadları kimi mənimki də ölkəmizdə xeyli məşhur olan -iyan hissəciyi ilə bitir. Xahiş edirəm, bir-birimizə hörmətlə yanaşaq və yalan məlumatlar yaymamayaq. Təşəkkürlər!”
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatında iştirak edən Nakamura bir neçə gün öncə qaldığı oteldə suyun gəlməməsindən şikayət etmişdi.