featured-image-38329

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Serbiyanın “Partizan” komandasında çıxış edən Matiya Popoviçlə yaxından maraqlanır.

17 yaşlı istedadlı forvardın yanvarda azad agent olacağı gözlənilir. “Partizan” müqavilənin müddətini uzatmaq istədə də, futbolçunun ailəsi ilə danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, “The Guardion” nəşri Matiya Popoviçi 2006-ci il təvəllüdlü 60 ən yaxşı futbolçu siyahısına daxil edib.

Bənzər xəbərlər