“Barselona”dan ilin transfer bombası - 220 milyona
“Barselona” hücum xəttini gücləndirmək üçün iddialı planlar qurmaqda devam edir.
Msport.az xəbər verir ki, İspaniya nəhəngi “Atletiko”nun forvardı Xulian Alvaresə alternativ olaraq “Mançester Siti”nin ulduzu Erlinq Halandın namizədliyini nəzərdən keçirir.
Norveçli hücumçunun transferi baş tutacağı təqdirdə, Kataloniya klubunun Alvareslə bağlı həyata keçirmək istədiyi planlar ləğv olunacaq.
Artıq argentinalı hücumçunun nümayəndələri də “Barselona”nın Haland seçimini ciddi şəkildə dəyərləndirdiyindən məlumatlıdırlar.







