featured-image-74145

“Barselona” Çempionlar Liqası tarixində (Avropa Çempionlar Kuboku daxil olmaqla) klub antirekordunu müəyyənləşdirib.

Msport.az xəbər verir ki, bu, ötən gecə “Slaviya” ilə görüşdə qeydə alınıb.

Komanda matçda 4:2 hesabı ilə qalib gəlib. Nəticədə Kataloniya təmsilçisi tarixində ilk dəfə ÇL-in ardıcıl 10 oyununda qol buraxıb.

Hazırda “Barselona” 13 xalla Çempionlar Liqasının turnir cədvəlində 9-cu yerdə qərarlaşır. Hans-Diter Flikin komandası sonuncu – 8-ci turda “Kopenhagen”lə üz-üzə gələcək. Görüş yanvarın 29-u, Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

Bənzər xəbərlər