featured-image-85009

“Komo”nun yarımmüdafiəçisi Niko Paz karyerasını davam etdirəcəyi klubla bağlı tələblərini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, 22 yaşlı argentinalının əsas şərti yeni komandasının Çempionlar Liqasında iştirak etməsidir.

O, həmçinin əsas heyətdə yer alacağına əmin olmaq istəyir. Paz bu şərtlərdən ən azı birini yerinə yetirə bilməyəcək kluba keçməyə razı deyil. Daha əvvəl “Real”, “Mançester Yunayted” və digər Avropa klublarının Pazla maraqlandığı bildirilib.

Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər