featured-image-11554

“Barselona”nın futbolçusu Pyer Emerik Obameyanq bu gün səhər saatlarında qarətə məruz qalıb. Msport.az “El Pais”ə istinadən xəbər verir ki, qabonlu hücumçunun evinə daxil olan naməlum şəxslər Obameyanqın qohumlarına xəsarət yetiriblər.

Hadisə futbolçunun Kasteldefels vilayətindəki evində gecə saat 1 radələrində baş verib. Hasardan həyətə düşən qarətçilər silahla hədə-qorxu gələrək hücumçuya və onun xanımına fiziki xəsarət yetiriblər. Şahidlərin sözlərinə görə, Obemyanq və həyat yoldaşı seyfi açana qədər onlara təzyiq göstərilib. Hadisəni törədənlər ağ Audi A-3-ə minərək qaçıblar.

Obemyanqdan əvvəl “Barselona”nın futbolçularından Jordi Alba, Pike, Semedu da qarətə məruz qalıblar.

Bənzər xəbərlər