featured-image-73989

“Barselona”nın ikinci ən uzun qələbə seriyası başa çatıb.

Msport.az xəbər verir ki, bu, La Liqanın XX turunda Kataloniya təmsilçisinin “Real Sosyedad”a uduzması (1:2) ilə gerçəkləşib.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki 11 oyunda qalib gəlmişdi. Bu isə klub tarixində ikinci ən uzun qələbə seriyası idi.

“Barselona”nın rekordu 2005/2006 mövsümündə qeydə alınıb. Son ölkə çempionu həmin vaxt 18 görüşdə (13 La Liqa, 3 Çempionlar Liqası, 2 İspaniya Kuboku) qalib gəlib.

Bənzər xəbərlər