“Barselona” onunla vidalaşdı
İspaniyanın “Barselona” klubu baş məşqçi Hans Flikin köməkçisi Tyaqo Alkantara ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onu Arnau Blanko əvəzləyib.İyulda karyerasnı bitirdiyini elan etdikdən sonra T.Alkantara “Barselona” klubunda baş məşqçi Hans Flikin köməkçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü Çempionlar Liqasının (2) və Klublararası Dünya Çempionatının qalibi, 7 qat Almaniya, 4 qat İspaniya çempionudur. O, İspaniya millisində meydana çıxdığı 46 oyunda 2 qolla yadda qalıb.