featured-image-40830

İspaniyanın “Barselona” klubu baş məşqçisi Xavi Ernandesə əvəzləyici tapıb.

Msprt.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalardo sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Jirona”nın baş məşqçisi Anxel Miçel bu posta namizəddir.

Mütəxəssisin agenti oktyabrdan bəri “Barselona” nümayəndələri ilə üç görüş keçirib. O, 2024/2025 mövsümündə bu komandanın sükanı arxasına keçə bilər.

Qeyd edək ki, “Barselona” La Liqada 16 turdan sonra 34 xalla üçüncü pillədə qərarlaşıb. Komanda ötən gün Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında Belçikada “Antverpen”ə uduzub – 2:3.

Bənzər xəbərlər